Çinə qayıtdıqdan sonra doğma şəhərində zəhərli ilanların yetişdirilməsi ilə məşğul olmağa başlayan qadın ildə təxminən 150 min dollar qazanır.
HİT.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) yazır.
Hazırda onun rəhbərlik etdiyi təsərrüfatda 60 mindən çox sürünən saxlanılır. Qadının sözlərinə görə, atası əvvəlcə bu işə qarşı çıxıb, onu çox təhlükəli hesab edib. Lakin təsərrüfat böyüdükcə iş yükü artıb və o, sonda ailə biznesinə qoşulub.
Qadın bildirib ki, uşaqlıqdan ilanların yanında böyüdüyü üçün onlardan xüsusi qorxu hiss etmir: “Atam mən doğulandan bəri bu işlə məşğuldur".
Onun sözlərinə görə, təsərrüfatın məhsulları ənənəvi Çin təbabətində istifadə olunur: ilanların ödü və yağı müalicə məqsədləri üçün tətbiq edilir, zəhəri isə tibbi tədqiqatlarda istifadə olunur.
İlan məhsullarının qiyməti dəyişkəndir: zəhər hər qram üçün 6–30 dollar arasında, bir ilanın əti isə ölçüsündən asılı olaraq 30–150 dollar arasında satılır.
Samir


