"Sakit tətil" işgəncəyə çevrilməsin deyə: Turistlərə bir neçə faydalı məsləhət

DÜNYA
19:40 / 11.06.2026
49

Texnologiyanın inkişafı insanlara dar ofis mühitindən çıxaraq dünyanın istənilən yerindən işləmək imkanı yaradıb. Son illərdə getdikcə daha çox insan noutbukla səyahət edir və iş prosesindən ayrılmadan müxtəlif ölkələri gəzir. Bəziləri hətta “sakit tətil” adlanan formatda birbaşa çimərlikdən işləməyi seçir.

HİT.az xəbər verir ki, "InsureandGo şirkətinin ekspertlərinə görə, "iş-tətil (vorkeyşn - work+vacation) ənənəvi məzuniyyətdən fərqli olaraq insanlara günlərini daha çevik planlama imkanı verir: həm işləmək, həm də yeni mühitdən zövq almaq mümkündür.

Mütəxəssislər bildirirlər ki, bu format işçinin rifahını yaxşılaşdıra bilər. Mühitin dəyişməsi stresin azalmasına, əhvalın yüksəlməsinə və zehni “yenilənməyə” kömək edir.

Bir çox uzaqdan işləyənlər yeni yerlərdə özlərini daha enerjili və motivasiyalı hiss etdiklərini deyirlər. “Gözəl mənzərəli iş yeri” bəzən məhsuldarlığı da artırır.

Yeni mühitdəki səslər, dadlar və mənzərələr yaradıcılığı stimullaşdırır, problemlərə fərqli baxış bucağı qazandırır. Bəzi insanlar ev mühitindəki diqqət dağınıqlığından uzaq olduqda daha məhsuldar olduqlarını bildirirlər.

Eyni zamanda “vorkeyşn” iş və şəxsi həyatın daha təbii şəkildə birləşdirilməsinə şərait yaradır: insan həm işləyir, həm də yeni təcrübələr qazanır.

Lakin bu formatın müəyyən riskləri də var — düzgün planlama olmadan o, istirahət yerinə əlavə stress mənbəyinə çevrilə bilər.

“Vorkeyşn” planlamasında əsas səhvlər

1. Balansın düzgün qurulmaması

Bir çox insan iş və istirahət arasında sərhədi saxlamaqda çətinlik çəkir. Mütəxəssislər sabit iş qrafiki qurmağı, iş saatlarını əvvəlcədən bildirməyi və ayrıca iş məkanı yaratmağı tövsiyə edirlər. İş günü bitdikdən sonra isə noutbuku bağlayıb tam istirahətə keçmək vacibdir.

2. Məhsuldarlığın qorunması
 
Zəif internet, zaman fərqi və diqqəti yayındıran mühit məhsuldarlığı azalda bilər. Buna görə əvvəlcədən yaxşı interneti olan yaşayış yeri seçmək və vaxt zonası uyğunluğunu nəzərə almaq tövsiyə olunur.

3. Fasilələrə laqeyd yanaşmaq

Bəzi insanlar ya günahkarlıq hissi ilə fasilə vermir, ya da əksinə, tam istirahətə keçib işi unudurlar. Halbuki qısa fasilələr məhsuldarlığı artıran əsas amillərdən biridir.

İdeal “vorkeyşn” necə planlanır

1. Aydın məqsədlər qoyun

Səfərdən nə gözlədiyinizi əvvəlcədən müəyyənləşdirin: layihəni bitirmək, iş ritmini saxlamaq, yoxsa həm işləyib həm də istirahət etmək?

2. Uyğun məkan seçin

Sabit internet, komfortlu yaşayış və uyğun zaman zonası vacibdir. Kafeler, koverkinq məkanlar və nəqliyyat infrastrukturu da nəzərə alınmalıdır.

3. Çevik gündəlik rejim qurun

Səhərlər iş, günortadan sonra isə gəzinti və istirahət bir çox insanlar üçün ən effektiv model sayılır. Əsas məqsəd balansı qorumaqdır.

Samir

0