Almaniya kansleri Fridrix Merz Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı açıqlama verib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, təklif olunan assosiativ üzvlük Kiyevə Aİ Şurası və Aİ Nazirlər Şurasının iclaslarında iştirak hüququ verəcək.
Merz dəqiqləşdirib ki, Ukrayna tərəfi həmçinin Avropa komissarı statusu alacaq, lakin səsvermə hüququ olmadan. Kansler qeyd edib ki, Almaniyanın məqsədi Ukrayna üçün ədalətli və davamlı sülhün təmin olunmasıdır, eyni zamanda bu proses Almaniyanın təhlükəsizlik maraqlarını da nəzərə almalıdır.
Bundan əvvəl genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos bildirmişdi ki, 15 iyunda Avropa İttifaqı Ukraynanın üzvlüyü ilə bağlı danışıqları rəsmi olaraq açacaq. Onun sözlərinə görə, həmin gün Ukrayna ilə birinci klaster üzrə danışıqlara başlanması üçün hökumətlərarası konfransın keçirilməsi planlaşdırılır. Bu klasterə ədliyyə, institutlar, satınalma sistemi, maliyyə nəzarəti və statistika məsələləri daxildir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mühüm siyasi qərarların qəbul olunacağına ümid etdiyini bildirib. O vurğulayıb ki, Ukrayna Aİ-yə üzvlük üzrə dialoqun başlanması üçün tələb olunan altı klasterin açılması istiqamətində bütün zəruri addımları atıb.
Samir


