Ukrayna Prezidenti Volodimir Zelenski ən sevdiyi musiqi qrupu və ifaçını açıqlayıb.
HİT.az xəbər verir ki, mədəniyyətə dəstək üzrə dövlət proqramı “Tisyaçovesna”nın nəticələrinin təqdimatı zamanı dövlət başçısı “Okean Elzi” qrupunu və Svyatoslav Vakarçuku dinlədiyini bildirib.
"Okean Elzi"ni sevirəm. Sadəcə Vakarçuka deməyin. Amma həqiqət budur ki, bizdə çoxlu istedad var. Vakarçuku ona görə deyirəm ki, mən onu desəm, heç kim inciməz. Doğrudan da gənc və çox istedadlı insanlar var, bəlkə də Vakarçukdan da istedadlılar. Amma onu deyəndə heç kim incimir", deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, o, Bad Bunninin musiqilərini də dinləyib və bu musiqidən təsirlənib:
"Düşünürəm ki, bütün musiqi janrlarında çox güclü, istedadlı insanlar var. Mən heç vaxt düşünməzdim ki, məsələn, Bad Bunnini bu qədər zövqlə dinləyəcəyəm".
Zelenski həmçinin müxtəlif musiqi platformalarından istifadə etdiyini bildirib:
"YouTube Music", "Spotify", "Apple Music" – hamısından istifadə edirəm. Doğrudan da musiqi dinləyib yuxuya gedirəm".
Qeyd edək ki, bundan əvvəl, 2025-ci ildə Ukrayna Müstəqillik Günü ərəfəsində “Okean Elzi” qrupunun solisti Svyatoslav Vakarçuk Prezident Volodimir Zelenski tərəfindən “Ukraynanın Milli Əfsanəsi” mükafatı ilə təltif olunmuşdu.
Samir


