Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin hər hansı potensial aqressordan müdafiə olunması üçün bütün zəruri imkanlara malik olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Pervoqo Pula" "Telegram" kanalı məlumat yayıb.
Qomel vilayətinin rəhbəri İvan Krupko prezidentə bölgədə və Ukrayna ilə sərhəddəki vəziyyət, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin son bəyanatlarına yerli əhalinin reaksiyası barədə məlumat verib. Krupkonun sözlərinə görə, bölgədə vəziyyət gərgin olsa da, sabit və nəzarət altındadır.
"Dövlət başçısı Qomel sakinlərinə narahat olmamağı və təşviş keçirməməyi xahiş edib. Bizim əhalini istənilən aqressordan qorumaq üçün lazım olan hər şeyimiz var", deyə kanal qeyd edib.
Ötən həftə Ukrayna lideri Belarus prezidentinə bir həftə vaxt verərək, Ukrayna ərazisindəki hədəflərə zərbələrin koordinasiyasında istifadə olunan hərbi texnikanın sərhəddən uzaqlaşdırılmasını tələb etmişdi.
Samir


