Kapitan Ceyms Kukun əfsanəvi gəmisi 250 il dənizin dibində qalıb: O harada tapılıb?

DÜNYA
13:30 / 29.06.2026
53

Avstraliya Milli Dəniz Muzeyi (“Australian National Maritime Museum” – “ANMM”) ABŞ-nin Nyuport limanında aşkarlanan “RI 2394” nömrəli gəmi qalıqlarının məşhur səyyah və dənizçi kapitan Ceyms Kukun “Endeavour” gəmisinə məxsus olduğunu rəsmən təsdiqləyib.

Hit.az xəbər verir ki, bu barədə “ZME Science” yazır.

Gəminin axtarışları 25 il davam edib. Bu müddət ərzində həm suyun üzərində, həm də sualtında geniş tədqiqatlar aparılıb. Bir vaxtlar Yer kürəsini dövrə vurmuş gəminin qalıqları əsrlər boyu Nyuport limanının lil qatında gizli qalıb.

“Bu hesabat 25 il davam edən ətraflı arxeoloji araşdırmaların yekunudur. Tədqiqatlar ABŞ-də və digər ölkələrdə aparılan sualtı ekspedisiyaları əhatə edib”, deyə muzeyin direktoru Deril Karp bildirib.

“ANMM” mütəxəssisləri tarixi xəritələri, gəmi planlarını və konstruksiya xüsusiyyətlərini diqqətlə müqayisə ediblər. Onlar xüsusilə gövdənin formasına, dirəklərin yerləşməsinə, taxta hissələrin birləşdirilməsində istifadə olunan nadir “scarph” birləşmələrinə və ağac materialının mənşəyinə diqqət yetiriblər. Bütün bu əlamətlər tarixi mənbələrdə “Endeavour” haqqında verilən təsvirlərlə üst-üstə düşüb.

Kapitan Ceyms Kuk ilk dünya səyahətini məhz “Endeavour” gəmisində həyata keçirib. Həmin ekspedisiya zamanı o müəyyən edib ki, Yeni Zelandiya vahid materikin hissəsi deyil, dar boğazla ayrılan iki müstəqil adadan ibarətdir. Sonradan həmin boğaz Kukun şərəfinə adlandırılıb.

Gəmi 1775-ci ildə satılıb və “Lord Sandwich” adı ilə yenidən qeydiyyata alınıb. Daha sonra Britaniya ordusu tərəfindən hərbi məqsədlərlə istifadə olunan gəmi ABŞ-nin Müstəqillik müharibəsi zamanı, 1778-ci ildə qəsdən batırılıb.

Samir

0