Çin Ukrayna və Rusiyanı dərhal atəşkəsə və danışıqlara qayıtmağa çağırdı

DÜNYA
13:50 / 30.06.2026
48

Çin BMT Təhlükəsizlik Şurasında çıxış edərək Ukrayna və Rusiyanı hərbi əməliyyatları dayandırmağa və tez bir zamanda danışıqlar prosesini bərpa etməyə çağırıb.

HİT.az-ın məlumatına görə, BMT-də Çinin daimi nümayəndəsinin müavini Sun Ley bildirib ki, Pekin dərhal atəşkəsin elan edilməsini tərəflər arasında gələcək danışıqlar üçün əsas şərt kimi görür. Onun sözlərinə görə, yalnız döyüşlərin dayandırılmasından sonra münaqişənin həlli ilə bağlı real dialoq mümkün ola bilər.

Çinli diplomat hər iki tərəfi siyasi iradə nümayiş etdirməyə və gecikmədən sülh yolu ilə həll axtarmağa çağırıb. O, həmçinin münaqişə nəticəsində mülki əhalinin yaşadığı çətinliklərdən narahatlıq ifadə edib.

Qeyd olunur ki, Pekin ənənəvi olaraq özünü münaqişədə tərəf saymır və neytral mövqe tutduğunu bildirir. Lakin Qərb ölkələri Çini Rusiyanın mühüm iqtisadi və texnoloji tərəfdaşı kimi qiymətləndirir.

Məlumatlara görə, Rusiya Çindən ikili təyinatlı məhsullar – mikroelektronika, dəzgahlar, optik avadanlıqlar və dron komponentləri daxil olmaqla müxtəlif texnologiyalar əldə edir. Bu məhsulların bir hissəsinin hərbi məqsədlərlə istifadə oluna biləcəyi bildirilir.

Bundan əlavə, Avropa İttifaqı Çinin Rusiya hərbçilərinə pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlimlər keçdiyinə dair sübutlara sahib olduğunu açıqlayıb.

Samir

0