Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina etdi

DÜNYA
15:25 / 30.06.2026
45

Polşa silahlı qüvvələrinin istismarından çıxarılan MiQ-29 qırıcılarının Ukraynaya verilməsi planından imtina edib. 

HİT.az xəbər verir ki, bu barədə “Polsat News” nəşrinə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

“Çox tərəfdaş yanaşması təklif etmişdim. ‘MiQ’lər əvəzində dronlar. Ukrayna əvvəlcə bu təkliflə razılaşmışdı”, deyə nazir bildirib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın döyüş meydanında pilotsuz uçuş aparatlarından istifadə təcrübəsini Polşa ilə bölüşməsi barədə razılığa gəliblər. Nazir qeyd edib ki, bu, simvolik məsələ olsa da, Kiyevin öz texnologiya və təcrübəsini paylaşması vacib hesab olunurdu.

Kosinyak-Kamışın sözlərinə görə, Ukrayna əvvəlcə razılıq versə də, sonradan bu razılaşmadan geri çəkilib.

“Ukrayna üçün ‘MiQ’lər yoxdur, çünki Polşa üçün dronlar və ya pilotsuz sistemlər yoxdur”, deyə o bildirib.

Polşanın müdafiə naziri 2025-ci ilin dekabrında bəyan etmişdi ki, Varşava ölkə Hərbi Hava Qüvvələrinin arsenalında qalan “MiQ-29” qırıcılarını mümkün qədər tez Ukraynaya təhvil verməyi planlaşdırır. Onun sözlərinə görə, bu təyyarələrin istismar resursu tükənmək üzrə idi.

İlkin plana əsasən, söhbət vaxtilə SSRİ-dən alınmış doqquzadək köhnə “MiQ-29” qırıcısının Ukraynaya göndərilməsindən gedirdi.

Samir
 

0