Botsvanadakı Karove almaz mədənində 1305 karat çəkisində nəhəng almaz aşkar edilib.
HİT.az xəbər verir ki, mədəni istismar edən şirkət bunun indiyədək Karowe yatağında çıxarılan 1000 karatdan artıq çəkisi olan 10-cu almaz olduğunu açıqlayıb.
Şirkətin yaydığı məlumata görə, yeni tapıntı Karowe yatağının iri ölçülü və yüksək keyfiyyətli almaz ehtiyatları baxımından malik olduğu müstəsna potensialı bir daha təsdiqləyir.
Bildirilib ki, almaz açıq mədəndən çıxarılan materialın, eləcə də əvvəllər hasil edilərək ehtiyatda saxlanılan filizin emalı zamanı aşkar edilib. Bu səbəbdən onun dəqiq hansı laydan əldə olunduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Samir


