Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Avropa və NATO ölkələrinin Almaniyanın nüvə silahına birbaşa çıxış əldə etmək ehtimal olunan planlarından narahat olduğunu bildirib.
HİT.az xəbər verir ki, qurumun saytında yayımlanan açıqlamada qeyd olunur ki, SVR-yə daxil olan məlumatlara əsasən, Berlinin Qərb müttəfiqləri Almaniyanın hazırda həssas istiqamətlər üzrə apardığı işlərin miqyasını qeyd edirlər. Bu sahələrə xüsusi materialşünaslıq, zərbə dalğalarının fizikası, nüvə və neytron fizikası daxildir.
SVR-nin məlumatına görə, bu işlərə Almaniyanın 30 universiteti və əsas hərbi-sənaye şirkətləri, o cümlədən "Rheinmetall AG", "Diehl Stiftung GmbH", "KNDS Group" və "Umarex GmbH" cəlb olunub. Qurumun bildirdiyinə görə, materiallar və avadanlıqlar mütəmadi olaraq Almaniya Quru Qoşunlarının poliqonlarında sınaqdan keçirilir.
"NATO-nun hərbi ekspertləri hesab edirlər ki, Berlin müstəqil şəkildə bir-üç ay ərzində zəruri parçalanan materialı hazırlaya və bir il müddətində işlək nüvə partlayıcı qurğusu yarada bilər", deyə SVR iddia edib.
Samir


