"Politico": İspaniya miqrant böhranında NATO-ya etibar edə bilməz

DÜNYA
15:44 / 05.08.2026
41

İspaniya miqrasiya böhranı fonunda NATO və Avropa İttifaqındakı müttəfiqlərinin tam dəstəyinə ümid edə bilməz. Buna səbəb təşkilat üzvləri ilə İspaniyanın Baş naziri Pedro Sançes arasında mövcud siyasi fikir ayrılıqlarıdır. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşrin məlumatına görə, Madrid Seuta və Melilyanın statusu məsələsində müdafiə mövqeyi tutmağa başlayıb. Mərakeş isə bu ərazilərin statusunu fəal şəkildə mübahisələndirir.

Məqalədə bildirilir ki, Mərakeşlə ABŞ arasında münasibətlər getdikcə istiləşdiyi bir vaxtda, Madrid və Vaşinqton arasında Pedro Sançesin İrana qarşı hərbi əməliyyatı dəstəkləməməsi və NATO çərçivəsində müdafiə xərclərinin kifayət qədər artırılmaması səbəbindən fikir ayrılığı yaranıb.

Nəşrin müəllifi qeyd edir ki, əgər Mərakeş Seuta və Melilya ilə bağlı hər hansı addım atarsa, İspaniyanı kimin dəstəkləyəcəyi məsələsi ətrafında suallar getdikcə artır.

İspaniyanın Xarici İşlər Nazirliyi isə "Politico"ya bildirib ki, Seuta və Melilyanın krallığa məxsus olması şübhə doğurmur, bu status beynəlxalq hüquq və beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Xatırladaq ki, iyulun sonunda Mərakeşdən on minlərlə miqrant qanunsuz şəkildə Şimali Afrikada yerləşən İspaniyanın muxtar şəhəri Seutaya daxil olmuşdu. Bu hadisə İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal deportasiya edilməsini qadağan edərək, onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsi barədə qərarından sonra baş vermişdi.

Avqustun 3-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Seutadan bütün qanunsuz miqrantların "son nəfərinə qədər" ölkədən çıxarılacağını bəyan edib.

Samir
 

0