XİN başçısı: Ukrayna Avropa İttifaqı üçün mühüm töhfə olacaq

DÜNYA
17:22 / 05.08.2026
43

Latviyanın xarici işlər naziri Bayba Braje Ukraynanın Avropa İttifaqı üçün mühüm töhfə verəcəyini və eyni zamanda "NATO"nu gücləndirəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "Avropa həqiqəti" nəşri məlumat yayıb.

Bayba Braje qeyd edib ki, Ukrayna Avropa İttifaqına inteqrasiya yolunda Latviyanın dəstəyinə arxalana bilər. Onun sözlərinə görə, Avropa İttifaqı vahid bazara malik dünyanın ən güclü siyasi və iqtisadi birliklərindən biridir.

“Bu səbəbdən hesab edirəm ki, Ukrayna bu birliyin mühüm tərkib hissəsinə çevriləcək. Ukraynanın NATOya qoşulması da Alyansı daha da gücləndirəcək. Ukrayna artıq Avropa İttifaqı və NATO üçün mühüm təhlükəsizlik təminatçılarından biridir”, deyə Bayba Braje bildirib.

Xatırladaq ki, 2026-cı ilin yanvarında Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin həmin il Avropa İttifaqına üzvlüklə bağlı bütün danışıqlar klasterlərini açmağa hazır olduğunu və 2027-ci ildə birliyə qoşula biləcəyini açıqlamışdı.

Yanvar ayının sonunda isə Volodimir Zelenski Ukraynanın 2027-ci ildə Avropa İttifaqına üzv olmasının həm ölkəsi, həm də ümumilikdə Avropa üçün əsas təhlükəsizlik təminatlarından biri olacağını vurğulamışdı.

Samir
 

0