İsveçrə ordusu müharibəyə hazır deyil

DÜNYA
18:00 / 07.08.2026
44

İsveçrə ordusu xaricdən alınan silah və avadanlıqlardan demək olar ki, tam asılı olması, eləcə də logistika problemləri səbəbindən mümkün hərbi münaqişələrə hazır deyil. 

HİT.az xəbər verir ki, bu barədə Federal Maliyyə İdarəsinin hesabatında qeyd olunur.

Sənəddə bildirilir ki, döyüş sursatı, yanacaq və ehtiyat hissələrinin tədarükündə yaranan fasilələr qısa müddət ərzində hərbi əməliyyatların həyata keçirilməsini poza bilər. Əlavə problem kimi Müdafiə Nazirliyi, ordunun maddi-texniki təminatına cavabdeh olan "RUAG" şirkəti və mülki strukturlar arasında kifayət qədər koordinasiyanın olmaması göstərilir.

Qurumun qiymətləndirməsinə görə, logistika sisteminin modernləşdirilməsi üçün 10 milyard İsveçrə frankınadək (təxminən 12,3 milyard dollar) vəsait tələb olunur. Lakin hazırda müdafiə büdcəsində belə bir maliyyə nəzərdə tutulmayıb.

Hesabat müəllifləri həmçinin qeyd ediblər ki, İsveçrə ordusu silahlarının 90 faizindən çoxunu xaricdən satın alır.

Bununla yanaşı, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, İsveçrənin neytrallığı artıq keçmişdə qalıb və ölkə NATO və Avropa İttifaqının hərbi hazırlıqlarına sıx şəkildə cəlb olunub.

Samir

0