Hörmüz boğazında gəmiçilik bir həftə ərzində 34% azalıb

DÜNYA
16:06 / 07.08.2026
40

Kpler xidmətinin hesablamalarına əsasən, cari həftə ərzində Hörmüz boğazından keçən gəmilərin sayı əhəmiyyətli dərəcədə azalıb. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bazar ertəsindən cümə axşamına qədər boğazdan 33 gəmi keçib. Bu göstərici ötən həftə qeydə alınan 50 gəmi ilə müqayisədə 34% azdır.

Agentliyin məlumatına görə, gəmiçilikdəki azalmanın əsas səbəbi böyük ehtimalla “bazarların İran və Oman arasında aparılan danışıqları irəliləyiş əlamətləri gözləyərək izləməsi” ilə bağlıdır.

Bu həftə İran və Oman hakimiyyətlərinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşmanın əsas müddəalarını müəyyənləşdirdiyi barədə məlumat yayılmışdı.

ABŞ və İsrailin İranla müharibəsinin fevral ayında başlamasından əvvəl Hörmüz boğazından sutkada orta hesabla 130-140 gəmi keçirdi.

Samir
 

0