Tramp yenə Baydeni ittiham etdi

DÜNYA
15:48 / 11.08.2026
37

ABŞ prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Bayden Ukraynaya hərbi sursat göndərməsəydi, Amerika ordusunun ehtiyatında daha çox döyüş sursatının ola biləcəyini bildirib. 

HİT.az xəbər verir ki, Tramp bu fikrini "Real America's Voice" radiostansiyasının efirində səsləndirib.

“Bizim sursatla bağlı vəziyyətimiz yaxşıdır, kifayət qədər sursatımız var. Lakin onların daha az ola bilməsinin səbəbi odur ki, o, Ukraynaya ümumilikdə 300 milyard dollar dəyərində sursat verib”, deyə ABŞ prezidenti bildirib.

NYT-nin mənbələrinə istinadən yaydığı məlumata görə, İrana qarşı keçirilən əməliyyat ABŞ-ın silah ehtiyatlarını kritik həddə qədər azaldıb. Ölkənin arsenalında 1,7 mindən az "Patriot" raket əleyhinə müdafiə sistemi üçün raket-interseptor qalıb. ABŞ-ın silah ehtiyatlarını əvvəlki səviyyəyə qaytarması iki ildən çox vaxt apara bilər.

Avqustun 6-da WP yazıb ki, Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetdən sursat çatışmazlığı ilə bağlı izahat tələb edib. ABŞ prezidenti həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili müşavirə keçirib.

Samir

0