Dünya Bankı: Ən yoxsul ukraynalıların real gəlirləri 30%-dən çox azalıb

DÜNYA
20:20 / 12.08.2026
45

Dünya Bankı 2025-ci ilin yekunlarına əsasən Ukraynada yoxsulluq səviyyəsinin və əmlak bərabərsizliyinin kəskin artdığını açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Dünya Bankının məlumatına görə, ölkədə yoxsulluq səviyyəsi 41,6%-ə çatıb. Bu göstərici 2021-ci illə müqayisədə iki dəfə yüksəkdir. Həmin il yoxsulluq səviyyəsi 20% təşkil edib.

Gəlirlərin qeyri-bərabərliyini əks etdirən Cini əmsalı da iki il ərzində 0,41-dən 0,50-yə yüksəlib. Analitiklərin fikrincə, bunun əsas səbəbi gəlirlər arasındakı fərqin genişlənməsidir: ən yoxsul ailələrin real gəlirləri 30%-dən çox azaldığı halda, varlı təbəqənin gəlirləri 10%-dən çox artıb.

Hesabatda qeyd olunur ki, Ukraynanın ən yoxsul əhali qruplarının real gəlirləri azalmaqda davam edir. Sorğuda iştirak edən ukraynalıların 38-46%-i iqtisadi vəziyyətlərinin pisləşdiyini bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniil Getmantsev ölkədə minimum əməkhaqqının yaşayış minimumundan aşağı olduğunu və dövlətin real yaşayış minimumunu maliyyələşdirə bilmədiyini bildirmişdi.

Getmantsevin sözlərinə görə, hazırda real yaşayış minimumu ən azı 11-12 min qrivna təşkil edir. Bu məbləğ təxminən 20 min rubla bərabərdir. Halbuki 2026-cı il üçün rəsmi yaşayış minimumu 3,2 min qrivna, yəni təxminən 6 min rubl səviyyəsində müəyyən edilib.

Samir

0