Çində kişi lotereyada milyonlarla yuan qazandı və bu barədə yaxınlarına məlumat vermədi
Çin sakini lotereyada 5,98 milyon yuan (təxminən 1,5 milyon manat) qazanıb, lakin bu barədə həyat yoldaşına, övladlarına və valideynlərinə danışmamağa qərar verib.
HİT.az xəbər verir ki, bu barədə Sohu.com məlumat yayıb.
Çinin Siçan şəhərindən olan və yerli mediada Lyu adı ilə təqdim edilən kişi iyunun 16-da keçirilən lotereya tirajından sonra milyonçu olub. Lakin o, böyük uduşunu yaxınlarından gizlədib. Onun sözlərinə görə, böyük məbləğdə pul qazanması ailə üzvlərinin gündəlik həyatına təsir edə və onlara zərər verə bilər.
“Bu sevinci hələ də təkbaşına yaşayıram və onların başına əlavə problem gətirmək istəmirəm”, deyə qalib bildirib.
Kişi qazancının bir hissəsini ipotekanı vaxtından əvvəl ödəməyə, qalan vəsaiti isə gələcək xərclər üçün toplamağa sərf etməyi planlaşdırır.
Samir


