Türk ordusu əməliyyatlara başlayır: Təhlükə barədə xəbərdarlıq edildi

13:47 / 03.06.2020
1454

Türkiyənin Bitlis şəhərinin kəndlərində ikinci əmrə qədər küçəyə çıxmaq qadağası elan edilib.

Bu barədə Bitlis bölgəsinin icra orqanları məlumat yayıb.

Məlumatda qadağanın ümumilikdə 9 kəndi əhatə etdiyi bildirilib.

“Doğruyol, Kəklikdüzü, Bölükyazı, Kuşlu, Çayırbaşı, Çadırlı, Dərəağzı, Yolçular və İlıcaq kəndlərində separatçı terror təşkilatının nümayəndələri və sığınacaqları təsbit edilib. Sözügedən bölgələrdə təşkilat üzvlərinin ələ keçməsi və təhlükəsizliyin təmin edilməsinədək küçələrə çıxmaq qadağan edilir. Qərar ikinci bir əmrə qədər qüvvədə qalacaq”.

0
Teleqraf.com