Övladlarını ac saxlayıb Filipp Kirkorova hədiyyə aldı

DÜNYA
23:24 / 03.07.2020
1411

Rusiyanın Novosibirsk şəhərində banklara borcu olan çoxuşaqlı ana əlində olan son vəsaiti məşhur müğənni Filipp Kirkorova hədiyyə almaq üçün xərcləyib.

“Komsomolskaya pravda”nın məlumatına görə, qadın səkkiz uşaq böyüdür.

Onun böyük qızları uşaqların ailədən alınaraq dövlətin himayəsinə verilməsini istəyir.

Uşaqlarlar bildirib ki, bu, analarının ilk belə düşünülməmiş addımı deyil.

Belə ki, dörd il əvvəl də banka yüksək məbləğdə pul borcu olan qadın, kreditə girərək Filipp Kirkorovun konsertinə bilet alıb.

Qadın isə bildirib ki, F.Krikorovun konsertində iştirak etmək onun ən böyük arzusu olub:

“Mən məgər cinayət törətmişəm? Kirkorovun konsertində iştirak etdiyim üçün məni güllələyəcəksiniz? Bəli, mənim kreditlərim var. Uşaqları qida illə təmin etmək, onları geyindirmək üçün borc almışam”.

Rəsmi orqanlar məsələ barədə xəbərdar olduqlarını, yetkinlik yaşına çatmayan övladları qarşısında valideynlik vəzifələrini yerinə yetirməyən ananın cərimələndiyini bildiriblər.

 

0
Oxu.az