Kondisionerli qatarlarda kondisioner işləmir? - Rəsmi açıqlama

İQTİSADİYYAT
14:52 / 08.09.2023
824

Bakı Metropolitenində sərnişinləri narahat edən məsələlərdən biri də qatarlarda kondisionerlərin fəaliyyətində yaranan fasilələrdir. 

Belə ki, sərnişinlərin dediyinə görə, kondisionerli qatarlarda kondisioner yalnız qatarlar dayandıqda hərəkətə düşür, qatar hərəkətdə olanda isə isti və bürkülü hava müşahidə olunur. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, qatarın hərəkəti zamanı kondisioner hiss edilmir:

"Lakin qatar dayandıqda həm kondisionerin səsini eşidirsiniz, həm axınını hiss edirsiniz, amma qapılar açılıb bağlandıqdan sonra isti hava kütləsi salona daxil olur, buna görə də diskomfort hiss edilir. Bu sistem özünü tənzimləyən sistemdir. O da birdən-birə güclü sürətdə olmur, mərhələli şəkildə tənzimləyir. Çünki kondisionerin işləmə prosesi var. Bunlar sənaye kondisionerləridir. Əslində kondisioner daimi işləyir. Burada qəsdən söndürmə mümkün deyil, buna icazə verilmir. Monitorinq olan zaman sərnişinlərə də əyani sürətdə bunu göstəririk. Səhər depodan qatar  xəttə çıxarkən kondisioner sistemi də daxil olmaqla bütün sistem yoxlanılır. Yayda isə nəzarət mexanizmi daha da gücləndirilir".

Aynur Əli

0