Mənzilə qeydiyyatda olan şəxsi qeydiyyatdan necə çıxarmaq olar?

İQTİSADİYYAT
19:34 / 09.04.2024
312

Mənzilə formal qeydiyyatda olan şəxsi qeydiyyatdan necə çıxarmaq olar?

Hit.az-ın bu sualına hüquqşünas Aydın Baxışov cavab verib.

O bildirib ki, şəxsin həmin mənzildən istifadə etmək hüququ yoxdur və həmin mənzildə yaşamırsa, onun qeydiyyatdan çıxarılması üçün ərazi üzrə polis idarəsinə müraciət etmək lazımdır:

“Polis adətən belə müraciətə imtina məktubu ilə cavab verir. İmtina məktubu ilə məhkəməyə müraciət etdikdə, məhkəmə həmin şəxsin qeydiyadan çıxarılmasına dair polis idarəsinə öhdəlik verir və polis bu öhdəliyi yerinə yetirmək məcburiyyətindədir”, deyə hüquqşünas bildirib.

Murad

0