Dövlət Gömrük Komitəsi (DGK) “Dream Motors” MMC barəsində inzibati iş başlayıb.
Hit.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətaıar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Anar