Vahid tələbə kartının üstünlükləri

İQTİSADİYYAT
18:31 / 05.07.2024
392

"Vahid tələbə kartının olması tələbələr üçün hava və su qədər önəmlidir".

Bu fikri Hit.az-a təhsil eksperti Elmin Nuri deyib.

O bildirib ki, vahid tələbə kartı elə olmalıdır ki, tələbələrin işinə yararlı olsun: 

"Bir sıra xarici ölkələrdə tələbələrə faydalı tətbiqlər təqdim edilir. Bu kart vasitəsilə tələbələr nəqliyyatdan ödənişsiz istifadə edir, kafe və restoranlarda, geyim mağaza şəbəkələrində, ictimai iaşə obyektlərindən güzəştli şəkildə istifadə edirlər. Vahid tələbə kartını nə qədər çox şirkət tanısa onun etibarlılığı, stimullaşdırma dərəcəsi, güzəştlilik faizi bir o qədər də çox olar. Tələbələrin sosial təlabatını ödəmək üçün onlara dəstək olmaq lazımdır".

Ekspert onu da əlavə edib ki, vahid tələbə kartı universitetə giriş-çıxışı təmin edəcək, debet kartı rolunda olacaq. 

Sevinc

0