İbtidai siniflərdə summativ qiymətləndirmə ləğv olunmalıdır? - Ekspert rəyi

İQTİSADİYYAT
13:56 / 10.07.2024
332

Məlum olduğu kimi, ibtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. 

Bu barədə fikri Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. 

Maraqlıdır, bu istiqamətdə hansı addımlar atılmalıdır?

Təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında bildirib ki, hazırda ibtidai siniflərdə 1-ci sinifdə summativ qiymətləndirmə aparılmır:

353860

"Digər siniflərdə isə kiçik summativ qiymətləndirmələr mövcuddur. Yalnız 4-cü siniflərdə böyük summativ qiymətləndirmə, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən monitorinq aparılır. Düzdür, bütün fənlər üzrə summativ qiymətləndirmə şagirdlərə ağır gəlir. 

Bu səbəbdən də onların azaldılması vacibdir. Ancaq məsələnin həlli yolu düzgün seçilməlidir. Hansı fənlərdən summativin ləğvi və ya azaldılmasının pedaqoji aspektləri dəqiq aydınlaşdırılmalıdır". 

Ekspert qeyd edib ki, 2, 3 və 4-cü siniflərdə hansısa summativ qiymətləndirmənin ləğvi və ya azaldılması bu qiymətləndirməyə alternativ yaradıldığı zaman mümkün ola bilər:

"Çünkü yarımilin və ya ilin sonunda hansısa bir fənnin nəticəsini ölçmək, qiymətləndirmək lazımdır. Summativ qiymətləndirmələrin ləğvi isə düzgün deyil, çünkü 4-cü sinifi bitirən şagirdlərdə müəyyən bir "tədris vərdişləri" yaranır. 

Onlar 5-ci sinifə keçəndə onsuz yenə də summativ qiymətləndirmə ilə tanış olacaqlar. Deməli, məsələyə sistemli yanaşmaq lazımdır. İbtidai siniflərdə hansısa fəndən summativin ləğvi mümkündürsə, onu yuxarı siniflərdə də tətbiq etməliyik".

Pərviz

0