İaşə obyektlərində pos-terminallar niyə işləmir?

İQTİSADİYYAT
19:57 / 19.08.2024
331

Paytaxtda bir çox iaşə obyektlərində pos-terminalla ödəniş eləmək istəyəndə, arzun ürəyində qalır.

Dəfələrlə şahidi olmuşam, mağazalarda satıcı deyib ki, məhsula nağd ödəniş edirsinizsə, 4 manat, pos-terminalla 5 manat ödəməli olacaqsınız. “Ya nağd ödəniş, ya da kartdan-karta köçürmə edin”. Səbəb sadədir, böyük faizlər, vergilər, ədv ödəyicisi olmaq istəməmək.

Mövzu ilə bağlı Hit.az-a danışan iqtisadçı Samirə Kazımova bildirib ki, iaşə obyektlərinin bir çoxu dövriyyənin bir hissəsini qeyri -rəsmi edirlər. Normal vergi qanunvericiliyinin işlədiyi ölkələrdə vergi gəlirlə xərcin fərqindən ödənilir:

“Azərbaycanda sahibkarlar terminal ödənişlerində həm problemlərlə qarşılaşırlar, həmcinin ora ödənilən puldan banklar sahibkardan  böyük xidmət haqqı tutur. Çünki bank faizləri hədsiz çoxdur. Kartla əməliyyatlarda 2,5% bank faizi tutulur. Təsəvvür edin 500 manatlıq məhsul satılır, buna 10% marja var. Kommunal, arenda, işçilərə verilən maaş və s. xərcləri  hesablayanda sahibkar çox az gəlir əldə edir. Azərbaycanda tam rəsmiləşmə olmadığı müddətcə C2C aktiv olacaq".

İqtisadçı qeyd edib ki, pos terminal işlətməyən  obyekt 6000 manata qədər maliyyə sanksiyasına məruz qala bilər.

Murad

0