“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinat olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Məmmədli QSC-nin Maliyyə departamentinin Sərmayələrin idarə olunması şöbəsinin Aktivlərin idarə edilməsi bölməsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2021-ci ildən ADY sıralarında çalışan M.Məmmədli yeni təyinatadək həmin şöbədə iqtisadçı vəzifəsində işləyib.


