Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusa yoluxub.
Bu barədə "Report"a 23 yaşlı idmançının özü məlumat verib. 81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 2-də ondan götürülmüş testin nəticəsi müsbət olub. Heydərov növbəti dəfə test verəcəyini söyləyib: "Hazırda özümü yaxşı hiss edirəm. Sabah növbəti dəfə testdən keçəcəyəm. Ümid edirəm ki, onun nəticəsi mənfi olacaq".
Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.
Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb.