Azərbaycan idmanında şok: Şuşanın adını daşıyan "Xarı Bülbül" komandasına pul ayıran tapılmadı

İDMAN
14:01 / 28.11.2023
612

Azərbaycanda voleybolun  inkişaf etdirilməsi yönümdə atılan bir sıra adddımların fonunda  xoşagəlməz hal yaranıb.

Oxu24.com xəbər  verir  ki,kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol komandaları ciddi maliyyə böhranı ilə üzləşib.

Oxu24.com-un komandadakı mənbələrdən əldə  etdiyi  məlumata  görə, sözügedən  klubun  prezidenti təyin  edilən    Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib.

Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib. Bu səbəbdən  də  Hacı Nuran “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırılıb.

0