Almaniya AÇ-2024-ün keçiriləcəyi müddət üçün antiterror planı hazırlayır

İDMAN
14:13 / 15.04.2024
465

Özünü islamçı təşkilatlar adlandıran terror qruplaşmaları bu yay Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı hücumlarla hədələyir. Alman Polis Həmkarlar İttifaqının məlumatına görə, hazırda vəziyyət 2006-cı ildə də Almaniyada keçirilən dünya çempionatı ilə müqayisədə daha təhlükəlidir.

HİT.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya hakimiyyəti Avropa çempionatının keçiriləcəyi müddət üçün antiterror planı hazırlayır.

Almaniyanımn daxili işlər naziri Nensi Feser artıq iyunun 14-dən iyulun 14-dək bütün çempionat dövrü üçün Almaniya sərhədlərində sərhəd nəzarətinin tətbiqi barədə göstəriş verib.

"Ölkəmizdə futbol üzrə Avropa çempionatının təhlükəsizliyi ən yüksək prioritetdir. İnsanların çox olduğu bütün yerlərdə böyük polis qüvvələri olacaq", deyə Feser bildirib.

Təhlükəsizlik qüvvələrinin vəziyyətə dərhal müdaxilə edə bilməsi üçün xüsusi təyinatlılar Avropa çempionatının keçirildiyi hər yerdə yerləşdiriləcək. Çempionat zamanı bütün ölkə üzrə polis əməkdaşlarına məzuniyyətə çıxmaq qadağan edilib.

Sloveniyanın daxili işlər naziri Boştjan Poklukar "Bild" ilə söhbətində qeyd edib ki, Sloveniya polisi də qarşıdan gələn Avropa çempionatında iştirak edəcək.

"Terrorçuların Avropa İttifaqına qeyri-qanuni yollarla daxil olma riski var. Bu kontekstdə Balkan miqrasiya marşrutu ən böyük problemlərdən birini yaratmağa davam edir", deyə nazir bildirib.

Samir

0