Mahir Emreli bir neçə klubla danışıq aparır, yaxın günlərdə qərar verəcək

İDMAN
23:56 / 04.07.2024
579

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli bir neçə klubla danışıq aparır.

"Report"un əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu hazırda təklifləri nəzərdən keçirir.

Hazırda Zaqreb təmsilçisinin düşərgəsində olan forvard yaxın bir neçə həftə ərzində qərar verəcək. Onun Xorvatiyadan ayrılmaq ehtimalı böyükdür.

Qeyd edək ki, 2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun klubla hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatmalıdır.

0