Koronavirusdan zərər çəkən 10 məşhur futbolçu (SİYAHI)

İDMAN
21:29 / 11.05.2020
1316

Koronavirus pandemiyası səbəbindən transfer qiymətində dəyər itirən futbolçuların ilk onluğu müəyyənləşib.

Onluğa "Barselona"da forma geyinən Lionel Messi başçılıq edir. Belə ki, hazırda dəyəri 175 milyon avro olan futbolçu La Liqa ləğv edilərsə, 127, davam etdirilərsə, 134 milyon avro dəyərə sahib olacaq.

İkinci sırada "Mançestr Siti"nin oyunçusu Kevin de Bruynedir. Hazırda 130 milyon avro qiyməti olan futbolçu Premyer Liqa ləğv edilərsə, 99 milyon, davam etdirilərsə, 112 milyon avro dəyərə sahib olacaq.

Mövsümün ləğv olunduğu Fransa Liqa 1-də forma geyinən Neymarın dəyəri 175 milyondan 137 milyona, komanda yoldaşı Kilyan Mbappenin qiyməti 225 milyondan 177 milyon avroya düşüb. Bu iki futbolçu siyahıda müvafiq olaraq 3 və 4-cü yerlərdə qərarlaşıblar.

"Liverpul"da forma geyinən Məhəmməd Salahın dəyəri liqa ləğv edilərsə, 155 milyon avrodan 124 milyona, davam etdirilərsə, 131 milyona düşəcək. Bu göstəriciyə görə misirli futbolçu 5-ci siyahıda qərarlaşıb. Onun komanda yoldaşı Sadio Mane isə 6-cıdır. Əgər liqa dayandırılarsa, Manenin dəyəri 141 milyondan 116 milyona, davam etirilərsə, 123 milyon avroya düşəcək.

7-ci sırada "Tottenhem"in ulduzu Hari Keyndir. Keyn Premyer Liqa dayandırılarsa, 135 milyondan 112 milyona, davam etdirilərsə, 117 milyon avro dəyərə malik olacaq. "Mançestr Siti"nin futbolçusu Rahim Sterlinqin dəyəri isə liqa dayandırılarsa, 150 milyon avrodan 129 milyona, davam etdirilərsə, 134 milyon avroya düşəcək. O, bu göstərici ilə siyahıda 8-ci sırada qərarlaşdırıb.

9-cu yerdə Dortmund "Borusiya"sının futbolçusu Jadon Sançodur. Bundesliqa dayandırılarsa, futbolçunun dəyəri 139 milyon avrodan 121 milyona, davam etdirilərsə, 127 milyona düşəcək.

Nəhayət, ilk onluğu "Mançestr Yunayted"in futbolçusu Markus Raşford qapadır. Premyer Liqa dayandırılarsa, Raşfordun dəyəri 109 milyondan 96 milyona, davam etdirilərsə, 101 milyon avroya düşəcək.

0
Azvision.az