Azərbaycan yığması Millətlər Liqasında Estoniyanı Qəbələdə qəbul edəcək

İDMAN
15:25 / 03.10.2024
39

Futbol üzrə Azərbaycan millisi növbəti matçını keçirəcək.

HİT.az xəbər verir ki, yığmamız Millətlər Liqasında Estoniya millisini qəbul edəcək.

Görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

Beləliklə bu şəhər Azərbaycan futbolu tarixində ilk dəfə millinin oyununa ev sahibliyi edəcək.

Xatırladaq ki, noyabrda Bakıda COP-29 forumu olacağına görə matçın paytaxtdan kənarda keçirilməsi müzakirə olunurdu.

Azərbaycan - Estoniya matçı noyabrın 16-da saat 18:00-da keçiriləcək.

0