“Polat Alemdar”ın 12 ilə qədər həbsi tələb edilir

20:44 / 07.10.2020
2939

“Kurtlar vadisi” serialının Polat Alemdarı kimi məşhurlaşan aktyor Necati Şaşmazın 12 ilə qədər həbsi istənilir.

Musavat.com xəbər verir ki, aktyor həyat yoldaşının “WhatsApp” yazışmalarını və səs yazmalarını qeyri-qanunu yolla ələ keçirərək, məhkəmədə istifadə etməkdə ittiham olunur. Məhkəmə onun 12 ilə qədər həbsini tələb edib.

Qeyd edək ki, ötən il Şaşmaz 7 il evli olduğu Nagehan Şaşmazı ona xəyanət etməkdə ittiham edərək, külli miqdarda təzminat tələb etmişdi.

Aktyorun vəkili Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi boşanma ərizəsində bildirmişdi ki, tərəflərin evliliyinin sarsılma səbəbi Şaşmazdır.

Qeyd edilib ki, bu səbəblə uşaqların valideynlik hüququ ya ataya, ya da hər iki valideynə ortaq verilsin.

7