"Kurtlar vadisi"nin aktyoru vəfat etdi - FOTO

MAQAZİN
20:42 / 30.03.2021
1373

Türkiyənin tanınmış aktyoru, dublyaj sahəsində öz səs tembri ilə seçilən sənətçi Kaya Akarsu 78 yaşında vəfat edib.

Hit.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin "Twitter" hesabında məlumat verilib.

Qeyd edək ki, Akarsu 1970-ci illərdə Türkiyənin bir çox teatrlarında fəaliyyət göstərib. Türk televiziya tarixində xüsusi rolu olan Akarsu "Akasya Durağı", "Kurtlar Vadisi Pusu", "Çalıkuşu", "Miras", "Səssiz fırtına" və digər filmlərdə və seriallarda rol alıb. Bundan başqa o, "Harry Potter" və "Sevimli Canavarlar" filmlərini dublyajında iştirak edib.

2