"MTV" kanalında yayımlanan "6/8 axşam şousu"nda incəsənət nümayəndələrinə zəng edilərək onlardan xınayaxdı məclisinə neçəyə getdikləri soruşulub.
Beləliklə, sənət adamlarının xınayaxdı qiymətləri belədir:
Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") getdiyi xınayaxdı məclislərinin qiyməti 500-4000 manat arasında dəyişir.
Rəqqasə Fatimə Fətəliyeva yarım saat üçün 2500 manat, bütöv məclis üçün isə 7-9 min manat tələb edir.
Müğənni Xatirə İslamın təşkil etdiyi xınayaxdı məclisləri isə 1500-5000 manat arasında dəyişir.
Müğənni Xuraman Şuşalının xına məclisi 2000 manatdan başlayır.
Çinarə Əliyevanın apardığı xına məclislərinin qiyməti 5 min manatdan başlayır