Azərbaycanlı müğənni “Rolls-Royce” aldı - FOTO/VİDEO 

11:22 / 20.05.2023
697

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov retro üslubunda avtomobil alıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Üst hissəsi açılan “Rolls-Royce” markalı lüks nəqliyyat vasitəsinə sahiblənən musiqiçi sükan arxasına əyləşərək sözügedən avtomobili “test”dən keçirib. Nəvai maşınına “Qayıq quyruğu” adını verib. 

Qeyd edək ki, bir müddət əvvəl N.Bəkirov avtomobil kolleksiyasının 5,6 milyon manat olduğunu açıqlamışdı. 

0