Aysun İsmayılova Eşqini klipindən də sildi - VİDEO

MAQAZİN
12:51 / 25.05.2023
628

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı Eşqin Cəlilovla yollarını ayırdıqdan sonra onu klipindən də sildirib.

HİT.az xəbər verir ki, Aysun İsmayılova Eşqinlə nişanlanandan sonra “Alın yazım” adlı mahnı yazdırmışdı. Sözügedən mahnı kütlə tərəfindən sevildiyindən Aysun onu klip halında təqdim etmişdi. Klipdə cütlüyün toyunu əks etdirən görüntülər əks olunmuşdu.

Aysun İsmayılova Eşqinlə yollarını ayırandan sonra "YouTube"də olan “Alın yazım” klipinin görüntülərini də sildirib. Hazırda klip görüntüsüz, Aysunun ifası ilə eşidilir.

Qeyd edək ki,  bugün müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib. Cütlük ayrılandan sonra müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb, təhqir edildiyini bildirib.

Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

Azra

0