Yevlax görüşünə meyxana yazan Rövşən: "Eşitmişdim ki..." - VİDEO

MAQAZİN
13:24 / 21.09.2023
1190
"Gündəmlə ayaqlaşmaq üçün istedad lazımdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Rövşən Binəqədli senyabrın 20-də Qarabağda lokal antiterror tədbirlərinin aparıldığı zamanda sosial şəbəkələrdə yayılan "Yevlaxa gələrsiniz” adlı ifasından danışarkən deyib. 

Meyxanaçı həmin vaxt Ağdamda olduğunu bildirib: 

"Gəldim Bakıya, dostum müəllim mənə müraciət etdi ki, təxminən belə bir ifa lazımıdr, edə bilərsən? Dedim çalışaram, başladım deməyə, bir qafiyə deyən kimi, ardı özü gəldi, baxdım ki, əla alınıb”.

"İfanızda ən çox diqqət çəkən məqam "Döyüşmədiniz, qorxurdunuz ölərsiniz, peşman olub, Yevlaxa belə gələrsiniz” qafiyəsi idi. Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə görüşün Yevlax şəhərində keçiriləcəyinə dair məlumatlı idinizmi” sualına meyxanaçının cavabı belə olub: 

"Eşitmişdim ki, belə bir görüş olacaq. Hər şey də ondan qaynaqlandı. Beləlikə, ifa etdim və özümə də ruh verən bir əsər yarandı".

Rövşən Binəqədli sonda həmişə belə movzularda ifaları olacağını bildirib.

0