Ledi Qaqa uzun müddət sonra iş adamı sevgilisi ilə ictimaiyyət qarşısına çıxdı - FOTO

MAQAZİN
15:42 / 12.02.2024
365

Müğənni Ledi Qaqa sevgilisi, iş adamı Maykl Polanski ilə uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

HİT.az xəbər verir ki, cütlüyün fotoları "Just Jared" saytında dərc olunub.

Ledi Qaqa və Maykl Polanski fevralın 11-də Şimali Amerika Milli Futbol Liqasının final matçı olan "Super Boul"un keçirildiyi Las-Veqasdakı Allegiant Stadionunda görüntülənib. Müğənni qırmızı köynək, şort, qara dəri gödəkçə, toru tayt və ekstremal platforma çəkmə geyinib. İş adamı tədbir üçün qırmızı kapüşon, qəhvəyi şalvar, bağlı çəkmə və qara papaq seçib.

Ledi Qaqa 2020-ci ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. O, Harvard Universitetinin məzunudur. Polanski "Facebook"un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan "Parker Group"un xeyriyyə layihələrində iştirak edir. Müğənni şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.

Samir

0