Anar Vəziroğlu: "Sən öz balana qıymadığını gəlinə qıyırsansa, düz adam deyilsən"

MAQAZİN
18:50 / 15.02.2024
398

“Gəlinin qaynataya çay gətirməsi böyük ədəbsizlikdir”.

Bunu Hit.az-a açıqlamasında şair Anar Vəziroğlu deyib. Anar Vəziroğlu bildirib ki, valideynlər övladlarının boynuna böyük minnət qoyur:

“Biz səni böyütmüşük, sən də bunu qarşılığında mənə qullu etməlisən. Bu harada görülüb? Bu alverçi xislətidir. Əgər sən öz balana qıymadığını gəlinə qıyırsansa, düz adam deyilsən. Niyə? Çünki o da kiminsə balasıdır. Xanım da demir ey gəlininə, “ay qız ordan mənə çay gətir” deyə qışqırır. Bu nədir? Mən ömrüm boyu gəlinə demərəm ki, mənə çay gətir. Həmişə Allaha yalvarıram ki, ilahi məni heç kəsə möhtac eləmə, ölənə kimi öz işimi görüm. Hamı işləyir, heç kəs narahat etməyə dəyməz”.

Anar Vəziroğlu insanlara zülm verməməyi tövsiyyə edib.

Azra 

0