Bu toya 153 milyon dollar xərclənib - FOTOLAR

MAQAZİN
13:19 / 02.03.2024
461

Xəbər verdiyimiz kimi, hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu üçün dünyanın ən bahalı toyunu edir.

Ambani toydan əvvəl şənliklər təşkil edib. 28 yaşlı Anant Ambani başqa bir hindistanlı milyarder Viren Merçantin qızı 29 yaşlı Radhika Merçant ilə evlənir. Onun sərvəti 92 milyon dollar qiymətləndirilir.

Üçgünlük toyqabağı məclis martın 1-də başlayıb. Hadisə Camnaqardakı ailə mülkündə baş verib. Ziyafətin əsas qonağı 7 milyon dollar qonorar alan Rihanna olub.

Qonaq siyahısına Bill Qeyts, Mark Zukerberq və həyat yoldaşı Priscilla, Kanadanın keçmiş baş naziri Stiven Harper, Avstraliyanın keçmiş baş naziri Kevin Rudd, "Disney" şirkətinin rəhbəri Bob İqer və İvanka Tramp daxil olmaqla 1200 nəfər daxildir.

Mənbələrin "Daily Mail"ə verdiyi məlumata görə, qeyd etmənin 153 milyon dollara başa gələcəyi bildirilir. Təkcə Hindistanın aparıcı beşulduzlu otel qruplarından biri ilə iaşə müqaviləsinin dəyərinin təxminən 25 milyon dollar olduğu şayiələri var.

Tədbirdə Rihanna ilə yanaşı amerikalı illüziyaçı Devid Bleyn də çıxış edəcək. Qonaqlara əvvəlcədən doqquz səhifəlik geyim kodu göndərilib. Şənbə günü, ən yaxşı "Jungle Fever" paltarlarını geyinmiş qonaqlar "Reliance Animal Rescue Centre"də "vəhşi təbiətdə gəzintiyə" çıxacaqlar. Həmçinin axşam 65 aşpazdan ibarət komanda tərəfindən hazırlanan 2500 yeməyin təqdim ediləcəyi qala-konsert də olacaq. Qonaqlara saç düzümü, makiyaj və sari xidmətləri, həmçinin Yeni Dehli və Mumbaydan çarter reysləri təklif olunacaq.

“The Times of India” qəzetinin yazdığına görə, Ambani ailəsi Qucarət əyalətinin Camnaqar rayonunda 14 məbədi toy günləri üçün yenidən tikdirib.

Mukeş Ambaninin sərvəti 111 milyard dollar qiymətləndirilir ki, bu da onu Asiyanın ən varlı adamı və dünyanın 11-ci ən varlı insanı edir. 66 yaşlı maqnat atası Dhirubhai Ambani tərəfindən qurulan "Reliance" konqlomeratını idarə edir. Onun biznesinə neft emalı, pərakəndə satış, telekommunikasiya, qida satışı və rəqəmsal yayım xidmətləri daxildir.

Anant Ambani "Reliance" şirkətlərinin bölmələrindən birinin direktorudur. Ötən ilin yanvarında o, atasının "Encore" əczaçılıq şirkətinin direktorlar şurasında olan Radhika Merçanta evlilik təklifi edib.//Axşam.az

0