Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi - VİDEO

MAQAZİN
17:02 / 18.03.2024
325

Azərbaycanlı gənc ifaçı Rəvan Polşanın paytaxtı Varşavada klip çəkdirib.

HİT.az xəbər verir ki, "İnanma" adlı mahnının sözləri və müsiqisi ifaçının özünə aiddir. 

Klipin rejissoru Royal Cəfərovdur. Ekran işi Varşava şəhərində peşəkar komanda ilə ərsəyə gətirilib.

Mahnı may ayında yayınlanması planlanan "EP Albom"un ilk sinqlıdır.

Xatırladaq ki, bundan əvvəl türkiyəli məşhur müğənni Hadisə Rəvanla bağlı paylaşım etmişdi. Belə ki, sənətçi özünün "Sıfır Tolerans" mahnısını oxuyan Rəvanın videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

"Sıfır Tolerans"ı bu qədər sevməyiniz məni nə qədər xoşbəxt edir bilməzsiniz. Siz dinlədikcə, siz oxuduqca və siz paylaşdıqca köhnəlmir", deyə Hadisə qeyd edib.

0