Qapısı açıq olan evdən 19 minə yaxın pul oğurladı - VİDEO

MAQAZİN
15:40 / 03.04.2024
523

Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərin birindən 18 500 manat oğurlaması barədə polisə şikayət daxil olub.

HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.

Faktla bağlı araşdırma aparılır.

 

0