Həftəsonu tətili necə yaranıb? - Maraqlı faktlar

MARAQLI
22:40 / 02.06.2023
419

1900-cü illərdə kifayət qədər uzun olan iş saatları o dövr üçün normal sayılırdı. Lakin Anri Ford həm iş saatları, həm də həftəsonu istirahətində sözün əsl mənasında inqilab edib.

HİT.az "History"ə istinadən xəbər verir ki, həftəsonu tətilinin əsasını məhz məşhur sənayeçi Anri Ford qoyub.

1900-cü illərdə iş həyatı indikindən daha çətin idi. İş saatları uzun olur, işçilər bəzən bir günlük, bəzən də istirahət etmədən işləməyə davam edirdilər. Ancaq 1926-cı il mayın 1-də Anri Ford qəzetlərdə manşet olacaq bir qərar verir: İşçilərin iş vaxtını 40 saata və həftədə beş günə endirir!.

"The New York Times"ın hıəmin ay çıxan məqaləsinə görə, Anrinin oğlu və şirkət prezidenti Edsel Ford bütün insanların əylənmək və ev həyatına vaxt ayırmaq haqqının olduğunu bildirib.

Bununla belə, bu, kifayət qədər liberal bir addım olsa da, məsələnin arxasında duran yeganə səbəb deyil. BBC-nin yazdığına görə, Anri Ford sadəcə olaraq insanların daha çox istehlak etməsi üçün belə bir təşəbbüslə çıxış edib. Çünki daim işləyən insanların alış-veriş etməyə vaxt tapmır...

Anri Fordun bu addımının səbəbi mübahisəlidir, lakin bunun təsirinin olduğunu qətiliklə deyə bilərik. Onun bu addımından sonra bütün dünya istehsalçıları tezliklə eyni yolu seçib və bazar ertəsindən cümə gününə qədər iş həftəsi standart təcrübəyə çevrilib.

Samir

0