Vyetnam sakini 11 ildir yuxusuzluqdan əziyyət çəkdiyini bildirib.
HİT.az xəbər verir ki, bu müddət ərzində o, ən azı bir saat yata bilməyib.
Uşaq bağçasında işləyən 36 yaşlı Tran Thi Luu yuxusuzluğunun qəribə bir ağlama hücumundan sonra başladığını deyib. Səbəbsiz yerə gözlərindən yaş axmağa başlayıb və prosesi dayandıra bilməyib. O andan sonra vyetnamlı qadın yuxunu unudub.
"Bu doğrudur. Gözlərimin ətrafında qara dairələr var və onların ətrafındakı dəri də çox qaranlıqdır. Bundan əvvəl üzümdə heç bir ləkə yox idi, dərim ağ və çəhrayı idi”, deyə Luu bildirib.
Luu kömək üçün klinikaya getdikdən sonra həkimlər ona ağır yuxusuzluq diaqnozu qoyublar. Xəstəyə dərman yazıblar, lakin dərmanlar onun ayaqlarını çox ağrıdır və yeriyə bilmir. Bundan əlavə, həblər vyetnamlı qadının ailəsi üçün çox baha olduğundan qadın onları qəbul etməyi dayandırıb.
Ümumilikdə Luu hazırkı vəziyyətinə müsbət yanaşır, lakin səhhətində başqa problemlər yarandığından şikayətlənir. Buna baxmayaraq, qadın bir gün yuxuya gedə biləcəyinə ümid edir.
Samir