Serialların kriminal kumirləri: "Cinayət hadisələri buna görə artır"

MARAQLI
17:36 / 29.09.2023
825

Son dönəmlər xüsusilə yeniyetmələr arasında kriminal aləmə meyillilik artıb. Bunu cinayət törədən şəxslərin açıqlamalarının altında yazılan şərhlərdən də görmək mümkündür. Kriminal aləmə dəstək göstərən mahnılar, seriallar da yeniyetmələri buna meyil etməyə sövq edir 

Hit.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib ki, emumiyyətlə, cəmiyyətdə aqressiya var:

"Xüsusilə, kriminallığa, "vor-zakon"luğa meyil edən türk serialları doludur. O filmlər silahdan istifadənin adi bir şey olduğu, insanın öldürməyin insani hiss olduğu göstərilir. Bir də cəmiyyətdə öyrədilən və qavradılan namus anlayışı var. Namus qadına məxsusdur və nəsə edibsə, cinayətlə yuyulmalıdır deyə bir fikir var. Cinayətə bəraət qazandırmaq üçün öyrədilmiş və təlqin edilən namus anlayışı əsas seçilir. Bu cinayətlər əksinə, pislənməlidir. Amma çox təəssüf ki, bu kimi cinayət hadisələri, onu törədənlərlə bağlı videolar "vor-zakon" mahnıları ilə verilir, "Allah qapısını açsın" kimi ifadələr yazılır. Əslində cinayət törədən şəxs cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılandıqda bunun qarşısı da zamanla alına bilər".

Psixoloqun sözlərinə görə, seriallarda kriminal aləmin obrazları qəhrəman kimi göstərilir:

"Bu da insanların onları özlərinə kumir kimi seçməsi, onların hərəkətlərini təkrarlamasına gətirib çıxarır. Ona görə də bunun qarşısını almaq mümkün deyil. Cinayətin mənəvi və psixoloji ruh halı filmlərimizdə, kütləvi informasiya vasitələrində açılmalı, növündən və səbəbindən asılı olmayaraq, istənilən cinayət hadisəsi pislənilməlidir. Gələcəyimizi qorumaq, uşaqlarımızı bu kimi əməllərdən çəkindirmək üçün düzgün tərbiyələndirmə, yolgöstərmə olmalıdır. Bu gün "vor-zakon" mahnıları da çoxdur və bu yolla uşaqlara təsir olunur. Bu kimi mahnılar, filmlərlə bağlı tədbir görülməlidir".

Aynur Əli

0