Heyvanlarla bağlı maraqlı 10 FAKT 

MARAQLI
16:00 / 06.12.2023
650

Heyvanlar insanların sevimli dostlarıdır. 

İnsanların əksəriyyəti heyvanlarla çox yaxından maraqlanır, onlara sevgi göstərir və sahiblənirlər. Ümumiyyətlə, heyvanlarlar aləmi olduqca maraqlıdır. 

Bu gün də sizlərlə məhz heyvanlarla bağlı qeyri-adi məlumatları bölüşəcəyik. 

HİT.az sevimli dostlarımızla bağlı ən maraqlı faktları təqdim edir:

1. Sizcə, dünyanın ən sürətli heyvanı hansıdır? Dünyanın ən sürətli heyvanının Çita olduğu sübut olunub. Onun sürəti saatda 100 kilometrə çatır.
2. Bəs ən sürətli quş hansıdır? Dünyanın ən sürətli quşu isə bir qaranquşdur. Bəli, "Boğazlı qaranquş" cinsi saatda 128 kilometr sürətə cəmi 3 saniyədə çata bilir. 
3. Pişiklərlə itlərin daha bir fərqi ortaya çıxıb. Deməli, pişiklər 100, itlər isə sadəcə 10 fərqli səs çıxara bilirlər. 
4. İllər boyu müxtəlif heyvanlar əhilləşib. Lakin son illərdə bu tendensiyanın davam etmədiyi müşahidə olunur. Belə ki, son 4 min ildə heç bir yeni heyvan əhliləşdirilməyib.
5. Çox qəribə bir fakt ilə davam edirik. Bir birə özündən 150 qat hündürə tullana bilər. İnsan isə bunu bacarmaq üçün təxminən 30 metr tullanmalıdır.
6. Atların uzun müddət ayaq üstə qala bildiyi məlum olub. Araşdırmalar zamanı atın heç oturmadan təxminən bir aya qədər ayaq üstə qala bildiyi ortaya çıxıb. 
7. Alimlər daha bir maraqlı araşdırma ediblər. Pişik qulağının incələnməsi zamanı maraqlı statistika ortaya çıxıb. Yəni pişiklərin hər qulağında 32 əzələ olduğu məlum olub. 
8. İnsanlar böyük əksəriyyəti südü çox sevir. Bəs bir inəyin həyatı boyu nə qədər süd verdiyini indiyə kimi düşünmüsünüz? Alimlər onu da düşünüb, hətta hesablayıblar. Bir inəyin həyatı boyu təxminən 200.000 stəkan süd istehsal etdiyi bəlli olub. 
9. Normalda dəvələrin susuzluğa qarşı çox dözümlü olduğu deyilir. Lakin yeni məlumat bunu təkzib edir. Çünki siçanlar dəvədən daha uzun müddət susuz qala bilirlər. 
10. Xəstələnməyin bütün canlılara xas olduğu düşüncəsi səhvdir. Çünki köpəkbalığı heç vaxt xəstələnmir.

Pərviz

0