Ayda qəribə maqnit xassələri olan daşlar aşkar edildi

MARAQLI
21:06 / 26.01.2024
414

Ayda Rayner Qamma bölgəsində qeyri-adi maqnit xüsusiyyətlərinə malik daşlar aşkar edilib. 

HİT.az xəbər verir ki, bu barədə Münster Universitetinin press-relizində məlumat verilib.

Universitetin məlumatına görə, bu daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirir. Universitet alimi Ottaviano Ruesşanın fikrincə, Ayın maqnit xassələri haqqında hazırkı biliklər məhduddur, ona görə də yeni süxurlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə işıq salacaq.

Yanvarın 19-da Yaponiya öz kosmik gəmisini Aya uğurla endirən dünyada beşinci ölkə olub. Bundan sonra Yaponiyanın aerokosmik kəşfiyyat agentliyi JAXA Ayda Smart Lander for Investigating Moon (SLIM) modulunun ilk fotosunu nümayiş etdirib.

Yanvarın 21-də şəbəkəsinin gələcəkdə kosmik gəmilərin naviqasiyası üçün istifadə edilməsi planlaşdırılan əks etdirici mayak-retroreflektor olan Lunar Retroreflector Array (LRA) ilk dəfə Ayda uğurla sınaqdan keçirilib.

Samir

0