Ağaclar haqqında bu məlumatları bilirdiniz?

MARAQLI
18:40 / 26.01.2024
1012

Ağaclar həyatımızda xüsusi bir yerə sahibdir.

Onların insanlar üçün faydalarını saymaqla bitməz. Aldığımız oksigendən, yediyimiz meyvələrə, sərin havaya kimi bir çox nüansa görə ağaclara borcluyuq. Unutmayın ki, ağaclar oksigen istehsal edir və dünyamızda karbon qazının miqdarını azaldır. Bu isə həyatımıza davam etməyimiz üçün olduqca vacibdir.  Ümumiyyətlə, ağac əkmək həm yaşadığımız dünyanın, həm də təbiətin davamı üçün çox önəmlidir. 

Hit.az ağaclarla bağlı 10 maraqlı faktı təqdim edir:

1. Ağaclar eroziyanın qarşısının alınmasında böyük rol oynayır. Onlar torpağı bir yerdə saxlayır və səth axınını yavaşladır. 
2. Ağaclar insanları ultrabənövşəyi şüalardan qoruyurlar. Məlum olub ki, ağaclar ultrabənövşəyi şüaların təsirini 50 faiz azalda bilir. 
3. Ağaclar havanın təmizlənməsində müstəsna rol oynayır. Çünki onlar yarpaqları və qabıqları ilə havanı çirkləndirən qazları özlərinə çəkirlər.
4. Qəribə bir faktı diqqətinizə çatdırırıq. Araşdırmalar zamanı məlum olub ki, ağaclarla təmasda olan insanlar daha tez sağalırlar. Bundan əlavə, ağaclarla təmasda olanlarda diqqət əksikliyinin da az olduğu üzə çıxıb. 
5. Bəzi ağacların hündürlüyünün 100 metrə qədər olduğu müşahidə olunub. 
6. Unutmayın, minlərlə növ quşlar, həşəratlar, məməlilər və bir çox başqa canlılar ağaclar sayəsində sağ qalır. Yəni sevimli dostlarımız üçün də ağac əkməyin necə həyati əhəmiyyətə sahib olduğunu anlamaq lazımdır. 
7. Ağaclar havanın temperaturunu aşağı sala bilir. Belə ki, ağaclar yarpaqlarındakı suyu buxarlaşdıraraq havanın temperaturunu aşağı salınmasına xidmət edir. 
8. Dünya üzərində ən uzun müddət yaşayan canlı məhz ağacdır. Üstəlik, ağaclar heç vaxt yaşlandıqları üçün qurumurlar. 
9. Ağacların gövdəsi yayda, kökləri isə payız-qış aylarında böyüyür.
10. Günəşli yerlərdə bitən ağacların qabığı kölgədə bitən ağaclardan daha qalın olur. Kölgədə böyüyən ağacların qabığı isə adətən nazik olur.

Pərviz

0