Qadın sərvətini pişik və itlərinə vəsiyyət etdi - ŞOK SƏBƏB

15:55 / 28.01.2024
344

Lyu adlı qoca çinli qadın 2,8 milyon dollarlıq sərvətini yetkin övladlarına deyil, pişik və itlərinə buraxmağa qərar verib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, çünki ev heyvanları ilə yaşayan qadına övladları heç vaxt baş çəkməyiblər.

Şanxaylı qadın xəstə olanda belə ona baş çəkmədikləri üçün uşaqlarına qəzəblənib.

Əmlakın icraçısı olaraq baytarlıq klinikası təyin edilib, lakin hüquqi məsələlər Çində heyvanların birbaşa miras qalmasına mane olur.

Bu, Çində qanunla qadağandır. Qadına baytarlıq klinikasına nəzarət etmək və ev heyvanlarına düzgün qulluq etmək üçün etibar etdiyi birini təyin etməsi tövsiyə olunub.

0